“İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi elan olunub
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası “Olimpiya dünyası” qəzeti ilə birgə “İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi elan edib.

Müsabiqə iyunun 15-dək davam edəcək. Qaliblər 3-8 və 9-16 yaş qrupları üzrə müəyyənləşəcək.

Müsabiqədə paytaxtdan, Naxçıvan MR və digər bölgələrdən istənilən Azərbaycan Respublikası vətəndaşı iştirak edə bilər.

Mükafatlar:

3-8 yaş qrupu üzrə

I yer-300 AZN;
II yer-200 AZN;
III yer-100 AZN;

9-16 yaş qrupu üzrə

I yer-500 AZN;
II yer-300 AZN;
III yer-200 AZN;

Bütün iştirakçılara MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən sertifikat təqdim ediləcək. Qaliblərə, 4-cü və 5-ci yerlərin sahiblərinə həvəsləndirici mükafatlar veriləcək.

Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasından istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir. Hər iştirakçı müsabiqəyə ən çox 2 rəsm təqdim edə bilər.

Müsabiqənin qalibi iyunun 30-da elan olunacaq.

Xəbər 796 dəfə oxundu.