“Neftçi” klubu “Keşlə”nin hücumçusunu transfer etmək istəyir
“Neftçi” klubu “Keşlə”nin hücumçusu Anatole Abanqı transfer etmək istəyir.

Klub nümayəndələri qarşı tərəflə əlaqə saxlayaraq, kamerunlu legionerin müqavilə şərtləri ilə maraqlanıblar. Qış fasiləsində 1 illik müqaviləyə imza atmış afrikalı forvardın aylıq məvacibi 10 min dollardır.

“Keşlə” ilə maliyyə məsələsində razılıq əldə olunsa, mövsümün sonunda kamerunlu forvardın “Neftçi”yə keçidi ilə bağlı danışıqlara başlanılacaq.

Qeyd edək ki, Anatoli Abanq Moldovanın “Şerif” klubundan “Keşlə”yə transfer olunub.

Xəbər 372 dəfə oxundu.