Qiyas Məmmədrza oğlu Məmmədov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Qiyas Məsimov ömrünün 71-ci ilində vəfat edib.

Qiyas Məmmədrza oğlu Məmmədov 1950-ci ildə fevralın 23-də anadan olub.

Q.Məsimov Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülüb.

O, son olaraq Abşeron rayonu Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Qiyas Məmmədovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi



Xəbər 560 dəfə oxundu.