Azərbaycan Milli Olimpiya Komandasının forması Londonda satışa çıxarılıb

Azərbaycan Milli Olimpiya Komandasının forması Londonda satışa çıxarılıb. idman.com.az saytının əməkdaşı Dilavər Nəcəfovun Londondan verdiyi xəbərə görə, məşhur İtalyan firması Ermanno Scervino tərəfindən hazirlanan formalar Long street küçəsində yerləşən firmanın eyniadlı mağazasında satılır. Firmanın menecerinin verdiyi məlumata görə, iki gündür satışa başlamalarına baxmayaraq, artıq bir neçə dəst satılıb. Amma say məhduddur. Olimpiadanın sonuna kimi formalar mağazada olacaq.

Xəbər 5729 dəfə oxundu.