Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” memorialında mübarizə aparacaq
Aprelin 16-da Monteneqronun Nikşiç şəhərində şahmat üzrə “Vladimir Bato Kontiç” memorialı start götürəcək.

Turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı da mübarizə aparacaq.

Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edəcək.

Xəbər 357 dəfə oxundu.