Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək 15 komanda müəyyənləşib
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirak edəcək 15 komanda müəyyənləşib. Belarus və Serbiya isə noyabrın 14-17-də pley-off oyunları keçirəcək. Qalib gələcək milli gücünü final mərhələsində sınayacaq.

Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya qrup lideri, Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya, Ukrayna ikinci yerin sahibi və Niderland meydan sahibi kimi finala vəsiqə qazanıblar.

Xəbər 372 dəfə oxundu.