Azərbaycan kapoeyraçıları onlayn “Joga Maneiro” dünya çempionatında uğurla çıxış ediblər
Dünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə onlayn “Joga Maneiro” dünya çempionatına yekun vurulub.

Çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Koreya Respublikası, İtaliya, Yaponiya, Polşa, ABŞ, Estoniya, Avstraliya və digər ölkələrdən kapoeyraçılar iştirak ediblər. Bu ölkələr arasında kapoeyranın vətəni olan Braziliya idmançıları da çoxluq təşkil ediblər.

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yarışda üç medal qazanıb. İdmançımız Oxçu Şahmuradov (82 kq) yarışa uğurla start verib. Finaladək inamla irəliləyən idmançımız finalda cüzi fərqlə polşalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Millimizin üzvü Fərid Səlimov (76 kq) da yarışı ikinci pillədə başa vurub.

Digər medalı isə komandamıza Fərid Allahverdiyev (82 kq) qazandırıb. Təmsilçimiz yarışda üçüncü olub.

Xəbər 365 dəfə oxundu.