Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
Türkiyə Velosiped Federasiyası tərəfindən 1963-cü ildə Mərmərə turu ilə başladılan dünyanın yeganə qitələrarası velosiped yarışı bu il aprelin 11-də Nevşehir vilayətində start götürüb. Yarış aprelin 18-də qardaş ölkənin Aydın vilayətində tamamlanacaq.

Türkiyənin Nevşehir vilayətinin Kapadokya bölgəsindən başlayan tur zamanı qət ediləcək ümumilikdə 1347 kilometrlik məsafə Konya və Konyanın Beyşehir, Antalyanın Alanya, Kemer, Göğübeli Zirvesi, Muğlanın Fethiye, Marmaris, Turgutreis və Bodrum etaplarında davam edərək Aydın vilayətinin Kuşadası rayonunda tamamlanacaq.

Yarışmaya Rusiya, ABŞ, İsrail, Belçika, İtaliya, İspaniya, Fransa, Norveç, Hollandiya, Qazaxıstan, İsveçrə və Malayziyadan qatılacaq idmançılar Türkiyənin qabaqcıl turistik bölgələrindən keçərək ölkənin coğrafi və tarixi gözəllikləri ilə tanış olmaq imkanı əldə edirlər.

“Velosiped Dostu Qonaqlama Sertifikatı” və “Təhlükəsiz Turizm Sertifikat Proqramı”nı tətbiq edən Türkiyədə ötən il pandemiya səbəbindən təxirə salınan velosiped turu bu il ciddi qabaqlayıcı tədbirlər çərçivəsində baş tutub.

On iki ölkədən iştirakçıların qatıldığı 56-cı “Prezident Administrasiyası Türkiyə Velosiped Turu” hər gün “Eurosport” kanalı vasitəsilə üç saat yayımlanır.

Xəbər 410 dəfə oxundu.