“Xəzər Lənkəran” Kamran Ağayevdən imtina edib
“Xəzər Lənkəran” 3 futbolçusunu transferə çıxarıb. İdman.com.az saytının məlumatına görə, bu haqda qərar bu gün klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub.

Transferə çıxarılanlar qapıçı Kamran Ağayev, kosta-rikalı hücumçu Rendall Brenes və braziliyalı yarımmüdafiəçi Rikardo Qomeşdir. Adı çəkilən futbolçuların yerlərinə tezliklə yeni oyunçular cəlb olunacaq.

Xəbər 1183 dəfə oxundu.