Mixael Şumaxerin malikanəsi satışa çıxarılıb
Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin malikanəsi satışa çıxarılıb.

İsveçrənin Qlan şəhərində yerləşən lüks malikanə 58,7 milyon avro dəyərində qiymətləndirilir. Villanın sahəsi 20 min kvadrat metrdən çoxdur. Məlumatda bildirilir ki, evin satışından gələn pul Şumaxerin həftədə 56 min avroya başa gələn müalicəsinə gedə bilər. Bundan əvvəl ailənin 35 milyon avro dəyərində olan təyyarəsi müalicə məqsədilə satılıb.

Qeyd edək ki, 2013-cü ilin dekabrında yeddiqat dünya çempionu Alp dağlarında xizəklə sürüşərkən keçirdiyi qəza nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra komaya düşüb və hazırda müalicəsini davam etdirir.

Xəbər 362 dəfə oxundu.