“Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsinin qalibi Hikaru Nakamura olub
Şahmatçılarımızın da qatıldıqları “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsi keçirilib.

Turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Vasif Durarbəyli, Vüqar Manafov (7,5 xal), Azər Mirzəyev 7 xal göstəriblər.

Turnirin qalibi 11 turdan 10 xal toplayan amerikalı Hikaru Nakamura olub. Ondan yarım xal geri qalan rusiyalı şahmatçı Dmitri Andreykin və gürcüstanlı Bahadur Cobava ilk üçlükdə qərarlaşıblar.

Yarışda 800-ə yaxın şahmatçı iştirak edib.

Xəbər 432 dəfə oxundu.