“Səbail” klubu kapitanı ilə yeni müqavilə bağlayacaq
Rahid Əmirquliyev böyük ehtimalla növbəti mövsümdə də “Səbail”in formasını geyinəcək.

Klub tərəfindən kapitana yeni müqavilə təklif edilib. Başqa klublardan real təklif almayan R.Əmirquliyev hazırkı komandasının təklifini qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, R.Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir.

Xəbər 375 dəfə oxundu.