“Avro-2022”: Millimizin yer aldığı qrupda daha bir oyun keçirilib
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldığı üçüncü qrupda daha bir oyun keçirilib.

Moldova millisi doğma meydanda Slovakiya futzalçıları ilə qarşılaşıb. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Yekunda xallarının sayını 11-ə çatdıran Slovakiya yığması qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu bu gün Yunanıstan yığmasına qarşı keçirəcək. Aktivində 13 xal olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.

Xəbər 427 dəfə oxundu.