Gənclərin dünya birinciliyinin ikinci günündə iki boksçumuz rinqə çıxacaq
Polşanın Keltse şəhərində gənclər arasında boks üzrə dünya birinciliyi davam edir.

Turnirin ikinci günündə - aprelin 14-də iki boksçumuz rinqə çıxacaq. Təmsilçilərimiz Əli Zamanov (52 kq) Ruben Qarboyan (Ermənistan), Əsəd Baxışov (91 kq) isə Ramazan Dadayev (Rusiya) ilə mübarizə aparacaqlar.

Mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov rinqə çıxıb. Onaltıdabir final çərçivəsində rəqibinə qalib gələn boksçumuz növbəti mərhələyə vəsiqə qazanıb. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla ilə üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.

Xəbər 379 dəfə oxundu.