“Neftçi”nin “Hapoel” klubu ilə ilk oyunu ərəfəsindəki planları müəyyənləşib
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşmalı olduğu İsrailin “Hapoel” (Kiryat Şmona) klubu ilə ilk oyunu ərəfəsindəki planları müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, paytaxt klubu İsrailə bu qarşılaşmadan bir gün öncə - iyulun 31-də yola düşəcək.

Hazırda baş məşqçi Böyükağa Hacıyevin yoxluğunda “ağ-qaralar”ı köməkçi-məşqçi Tərlan Əhmədov çalışdırır. Onun rəhbərliyi altında hər gün klubun bazasında iki məşqə çıxan bakılılar iyulun 31-də oyunun keçiriləcəyi stadionda son məşqlərini edəcəklər.

Qeyd edək ki, bu komandaların birinci oyunu avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.

Xəbər 1008 dəfə oxundu.