David Volkov “Zirə” ilə yeni müqavilə bağlayacaq
Bu yaxınlarda zədəsini sağaldaraq məşqlərə başlayan David Volkov “Zirə” ilə yeni müqavilə bağlayacaq.

Baş məşqçi Rəşad Sadıqov onun oyunundan razı qaldığı üçün komandada qalmasını istəyib və yaxın zamanlarda tərəflər arasında yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Zirə təmsilçisi ilə 1,5 illik müqavilə bağlayan D.Volkovun müqaviləsi mövsümün sonunda başa çatır.


Xəbər 365 dəfə oxundu.