Yunanıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
Avropa çempionatının seçmə qrup mərhələsində millimiz sonuncu oyununu aprelin 14-də keçirəcək. Komandamız bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə edərək əldə edən Yunanıstan yığması ilə qarşılaşacaq.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Oyunu Ukraynadan olan hakimlər idarə edəcəklər. Üçüncü referi və saniyəölçən isə həmyerlilərimiz olacaq. Bu arada Yunanıstan yığması millimizlə oyunun hazırlığını aprelin 10-dan etibarən davam etdirir. Baş məşqçi Giannis Ziavas 16 futzalçıya dəvət göndərib.

Yunanıstan millisinin heyətində qapıçılar - Dimitris Zervas (Doukas), Theofilou Dimitrios (AEK), oyunçular - Dimitrios Karavidas (Doukas), Çaralampos Stavrakopoulos (Doukas), İoannis Delaportas (AEK), Gaifillias Apostolos (Panatinaikos), Andreas Tarnanidis (AEK), Antonios Kontogeorgis (Neo İkonio), Datis Marios (AEK), Spyridon Kondylatos (Doukas), Gousis Panagiotis (AEK), Dimitrios Karidas (AEK), Floros Acxilleas (Doukas), Papakostas Spyridon (Panatinaikos), Gritzalis Spyridon (Hermes Painter) və Michalitsis Efthymios (AEK) yer alıblar.

Xəbər 338 dəfə oxundu.