Azərbaycan - Yunanıstan oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı üçüncü qrupda keçiriləcək Azərbaycan - Yunanıstan oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Aprelin 14-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, aktivində 13 xal olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.

Xəbər 340 dəfə oxundu.