Zədəli futzalçılarımız məşqlərə qoşulublar
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu aprelin 14-də Yunanıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisi Slovakiya səfərindən sonra Bakıda məşqlərini davam etdirir.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, hazırlıq prosesində zədə üzündən Slovakiyaya aparılmayan Tyaqo Bolinha və Hadi Ahmadi də iştirak edirlər. Onların Yunanıstana qarşı meydana çıxıb-çıxmayacağı isə oyun günü məlum olacaq.

Qeyd edək ki, Azərbaycan-Yunanıstan oyunu Bakı İdman Sarayında keçiriləcək.

Xəbər 333 dəfə oxundu.