AFFA və Türkiyə Futbol Federasiyası arasında VAR sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb
Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov, AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuçlik və “CBC Sport” televiziya kanalının baş direktoru Volkan Üst İstanbulda səfərdə olublar.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, səfərin məqsədi Türkiyə Futbol Federasiyasının (TFF) da tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin ölkəmizdə istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub.

Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Qeyd edək ki, VAR-ın ölkəmizdə tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.

Xəbər 377 dəfə oxundu.