Yunanıstan Super Liqasının qalibi bəlli olub
Futbol üzrə Yunanıstan Super Liqasının qalibi bəlli olub.

XXIX turda “Olimpiakos” klubu “Panatinaikos”u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xalını 76-ya yüksəldən “Olimpiakos” mövsümün bitməsinə 7 tur qalmış 46-cı çempionluğunu təmin edib.

İkinci sıradakı “Aris”in 54 xalı var. İlk üçlüyü 51 xalla POAK qapayır.

Xəbər 398 dəfə oxundu.