“Sabah” klubu futbolçusu Tiemoko Fofana ilə müqavilə imzalayıb
Bakının “Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.

Bakı təmsilçisi Finlandiyanın “İlves” klubu ilə 21 yaşlı hücumçunun keçidinə dair razılığa gəlib. Afrikalı forvardla üçillik müqavilə imzalanıb.

Kot`d İvuardan olan futbolçu bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb.

Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.

Xəbər 268 dəfə oxundu.