“Qarabağ” klubu öz meydanında 75-ci böyük hesablı qələbəsini qazanıb
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

Azsport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyük hesablı qələbə kimi düşüb. “Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün ağdamlılar Kürdəmir təmsilçisi “Şirvan”nı 6:0 hesabı ilə məğlub ediblər. Səkkizqat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. “Qarabağ” 1995-1996-ci il mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003-2004-cü mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.

Qeyd edək ki, cari mövsümdə 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Qarabağ” ümumilikdə 112-ci belə uğuruna imza atıb.

Xəbər 271 dəfə oxundu.