Azərbaycan idmançıları “Abu Dhabi World Professional Jiu Jitsu Championship 2021”də üç medal qazanıblar
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ciu-citsu üzrə “Abu Dhabi World Professional Jiu Jitsu Championship 2021” turniri keçirilib.

Ölkəmizi yarışda Mehman Fətəliyev, Ayaz Süleymanov və Ruslan Nağıyev təmsil ediblər.

Hər üç idmançımız Vətənə medalla qayıdıblar. Yarışda bütün rəqiblərini məğlub edən M.Fətəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A.Süleymanov və R.Nağıyev isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Xəbər 417 dəfə oxundu.