Azərbaycan şpaqaçıları dünya birinciliyində gənclərin komanda yarışında çıxış ediblər
Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya birinciliyinin sonuncu günündə gənc şpaqaçıların komanda yarışı keçirilib.

Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız Kolumbiya şpaqaçılarına 25:45 hesabı ilə uduzub.

Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv isə Argentina komandasına 42:45 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu yarışda sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova birinci dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında yarışda bürünc medal qazanıb.

Xəbər 392 dəfə oxundu.