Naxçıvanda “C” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
AFFA-nın təşkilatçılığı, Naxçıvan Futbol Federasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında “C” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında məşqçilik kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib.

Xatırladaq ki, AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kursa ötən ilin sentyabr ayında start verilib və fasilələrlə 3 modul şəklində icra olunub. Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.

Xəbər 388 dəfə oxundu.