Azərbaycan Olimpiya millisinin qılıncoynadanı Səbinə Mikinanın ilk rəqibi məlum olub
Azərbaycan Olimpiya millisinin qılıncoynadanı Səbinə Mikinanın ilk rəqibi məlum olub. İdman.com.az saytının məlumatına görə, Olimpiadanın bu proqramında yeganə təmsilçimiz püşkün nəticəsinə əsasən mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Sablya növündə qüvvəsini sınayan Səbinə ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xəbər 2117 dəfə oxundu.