Misirdə qılıncoynatmanın şpaqa növü üzrə yığma komandamızın şəxsi yarışları keçirilib
Misirin paytaxtı Qahirə şəhərində təşkil edilən yeniyetmə və gənclərin dünya birinciliyində qılıncoynatmanın şpaqa növü üzrə yığma komandamızın şəxsi yarışları keçirilib.

Qrup mərhələsində keçirdiyi bütün görüşləri (6 qələbə) qalib başa vuran Xalid Əliyev pley-off mərhələsində keçirdiyi ilk görüşdə finlandiyalı Akseli Heinama üzərində 15:12 hesablı qələbə qazanıb. X.Əliyev onaltıdabir finalda çilili şpaqaçı Xorxe Valderramaya 12:15 hesabı ilə uduzub.

Qrup mərhələsində 5 qələbə qazanan Ruslan Həsənov pley-offda lüksemburuqlu Filip Zensi 15:8 hesabı ilə məğlub etsə də, növbəti görüşündə polşalı Piotr Urbana 11:13 hesabı ilə məğlub olub.

Qrupu 3 qələbə ilə bitirən Fərrux Səfərov pley-offda koreyalı idmançı Jihyun Hvanqa 9:15 hesabı ilə uduzub.

Qrupda qazanılan 3 qələbə sayəsində pley-offa yüksələn Barat Quliyev isə bu mərhələdə Məhəmməd Elsayedə 5:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsində 3 qələbəsi olan Nazilə Rəhimova pley-offda keçirdiyi ilk görüşdə portuqaliyalı şpaqaçı Sofia Tropaya 15:14 hesabı ilə qalib gələn Nazilə növbəti görüşündə dünya birinciliyinin bürünc mükafatçısı, ukraynalı Anastasiya Zelentsovaya 9:15 hesabı ilə məğlub olub. Qrupda 2 qələbə qazanan Azərin İdriszadə pley-offda misirli Aya Husseinə 11:15 hesabı ilə uduzub. Qrupda 1 qələbəsi olan Alfiya Abdiova isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, bu yarışda sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova birinci dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.

Xəbər 404 dəfə oxundu.