“Zirə” ardıcıl ikinci dəfə heç-heçə edib | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. “Zirə” klubu evdə autsayder "Keşlə" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra xallarını 32-yə çatdıran meydan sahibləri 3-cü pillədə mövqeyini qoruyub. Qonaqlar isə 19 xalla sonuncu sırada qalıb. Tura bu gün "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" evdə "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail"lə 0:0 hesablı heç-heçəyə razılaşıb. |
|
Xəbər 384 dəfə oxundu. |
|
|