Millimizin yer aldığı qrupda növbəti oyun keçirilib | |
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib. Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Yunanıstan millisi doğma meydanda Moldova yığması ilə qarşılaşıb. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. Nəticədə Yunanıstan yığması ilk xalını qazanıb. Millimizin qrup liderliyini təmin etdiyi 3-cü qrupda ikinci pillənin sahibi aprelin 13-də keçiriləcək Moldova-Slovakiya görüşündə müəyyənləşəcək. Bu komandalar arasında Bratislavada baş tutmuş oyunda 4:4 hesabı qeydə alınmışdı. |
|
Xəbər 365 dəfə oxundu. |
|
|