Azərbaycan Özbəkistanda beynəlxalq turnirdə təmsil olunur
Termez şəhərində Özbəkistan Prezidentinin mükafatı uğrunda Hakim at-Termezinin xatirəsinə həsr olunan XV beynəlxalq kuraş turnirinin açılışı olub.

Özbəkistan milli oyunu olan kuraş turnirinə dünyanın 27 ölkəsindən idmançılar qatılıb.

Hakim at-Termezi kompleksində keçirilən açılış mərasimində Surxandərya vilayətinin hakimi Tura Bobolov, Özbəkistan Kuraş Federasiyasının təmsilçiləri, tanınmış idmançılar iştirak edib.

Turnirdə ölkəmizi Azərbaycan idmançısı Knyaz Mahmudlu təmsil edir.

Qulu Kəngərli

Xəbər 387 dəfə oxundu.