"Sabah" öz meydanında “Səbail"lə heç-heçə edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Sabah" "Səbail"i qəbul edib. “Bank Respublika Arena”dakı qarşılaşmada qol vurulmayıb. Görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib.

90+2-ci dəqiqədə "Səbail"in futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+3-cü dəqiqədə "Səbail"in hücumçusu Rauf Əliyev rəqib müdafiəçisi Bəhlul Musatafazadə ilə toqquşub. Nəticədə hər iki oyunçu zədə alıb.

Komandalar 20-ci xalını qazanıb və 6-7-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Neftçi" səfərdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura aprelin 11-də oynanılacaq "Zirə" - "Keşlə" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Xəbər 359 dəfə oxundu.