Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb
Böyüklər arasında taekvondo üzrə Avropa çempionatında idmançımız finala vəsiqə qazanıb.

Təmsilçimiz Milad Beigi Hərçəqani (80 kq) ilk görüşdə İsraildən olan idmançı Oleksandr Filippovanı, daha sonra Almaniya taekvondoçusu Tahir Güleci məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda ispaniyalı Raul Martinesi məğlub edən idmançımız finala çıxıb. İdmançımız həlledici raundda Rusiyanı təmsil edən Maksim Hramtsovla üz-üzə gəlib. Əsas vaxt 12:12 hesabı ilə bitib. Rəqibinə əlavə vaxtda 0:3 hesabı uduzan Hərçəqani gümüş medal qazanıb.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.

Xəbər 399 dəfə oxundu.