Bədii gimnastlarımız beynəlxalq onlayn turnirdə gümüş medal qazanıblar
Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Finlandiya Gimnastika Federasiyasının dəvəti ilə onlayn turnirdə iştirak ediblər.

Ölkəmizi Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası, fərdi proqramda isə Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Uğurları ilə hər kəsi daim sevindirən qrup hərəkətləri komandamız bu dəfə də medalsız qalmayıb. Üç halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri çıxışlarına görə qızlarımız gümüş medal qazanıblar.


Xəbər 375 dəfə oxundu.