Şahmatçımız Günay Məmmədzadədən iki heç-heçə, 3 məğlubiyyət
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turniri davam edir.

Bu gün şahmatçılar daha 5 turda mübarizə aparıblar. G.Məmmədzadə bugünkü yarışları 2 heç-heçə, 3 məğlubiyyətlə başa vurub. Şahmatçımız 10 oyundan 3 xal toplayaraq 15-ci pillədə qərarlaşıb.

Yarışda hər komandada 10 şahmatçı olmaqla, iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.


Xəbər 360 dəfə oxundu.