Azərbaycan şahmatçısı turnirin lideri ilə heç-heçə oynayıb
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turniri davam edir.

Bu gün şahmatçılar daha 5 turda mübarizə aparacaqlar. G.Məmmədzadə startda - 6-cı turda turnirin lideri amerikalı Kristofer Yoo ilə qarşılaşmanı heç-heçə başa vurub. Bununla da şahmatçımız xalların sayını 2,5-ə çatdırıb.

Qeyd edək ki, amerikalı şahmatçı ötən 5 turun oyunlarında 4 xal toplayaraq birinci pillədə qərarlaşıb.

Şahmatçımız 7-ci turda rusiyalı Polina Şuvalova, daha sonra danimarkalı Yonas Byerre, növbəti turda hindistanlı Qukeş Dommaracu, nəhayət, günün son yarışında almaniyalı Vinsent Keymerlə qarşılaşacaq.

Yarışda hər komandada 10 şahmatçı olmaqla, iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Xəbər 392 dəfə oxundu.