Avropa çempionatı: Taekvondoçularımız ikinci yarış gününü medalsız başa vurublar
Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan taekvondo üzrə Avropa çempionatının ikinci yarış günündə iki idmançımız mübarizəyə qoşulub.

68 kiloqram çəki dərəcəsində yarışan Cavad Ağayev dörddəbir finala qədər irəliləsə də, bu mərhələdə Xavyer Peresə (İspaniya) uduzub. O, dörddəbir finaladək Beka Kavtaradze (Gürcüstan) və İmran Özkayanı (Almaniya) mübarizədən kənarlaşdırıb. Digər təmsilçimiz Xanoğlan Kərimov (63 kq) isə ilk qarşılaşmada rəqibi ukraynalı Boqdan Tikonovun mübarizəsini qıra bilməyib və yarışı erkən tərk edib.

Qeyd edək ki, komandamızın aktivində 1 bürünc medal var. Millimizə ilk medalı yarışın birinci günündə Minaya Əkbərova (46 kq) qazandırıb.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.

Xəbər 390 dəfə oxundu.