“Xəzər Lənkəran”ın sabiq baş məşqçisini Rumıniya klubu istefaya göndərib
Rumıniyanın “Vitorul” futbol klubu baş məşqçisi Mirça Redniki istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın nəticələri qənaətbəxş olmadığına görə rumıniyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Ötən ilin sonunda kluba baş məşqçi təyin edilən M.Redniklə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010/2011-ci il mövsümündə “Xəzər Lənkəran”ı çalışdırmış Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.

Xəbər 361 dəfə oxundu.