Türkiyə Superliqası: “Fənərbağça” səfər oyununda xal itirib
Aprelin 8-də futbol üzrə Türkiyə çempionatının XXXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Yeni Malatyaspor” doğma meydanda “Fənərbağça”nı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. İstanbul təmsilçisinin qolunu Enner Valensiya, Malatya klubunun qolunu isə Mustafa Eskihellac vurub.

Günün digər qarşılaşmasında “Başakşəhər” səfərdə “Qaziantep”ə iki cavabsız qolla uduzub. “Dənizlispor” – “Kasımpaşa” matçında isə 1:1 hesablı bərabərlik olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 67 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 63 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 61 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXIII turda “Qalatasaray” istirahət edib.

Xəbər 354 dəfə oxundu.