Şahmatçımız “Julius Baer Challengers Chess Tour” turnirinin ilk 5 turunda mübarizə aparıb
Bu gün dünyanın gənc və istedadlı şahmatçılarının iştirakı ilə nüfuzlu “Julius Baer Challengers Chess Tour” turniri start götürüb.

Turnirin ilk 5 turunda mübarizə aparan Azərbaycan təmsilçisi Günay Məmmədzadə birinci yarış gününü 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə başa vurub. O, 2 xalla 12-15-ci yerləri bölüşür.

Yarışda hər komandada 10 şahmatçı olmaqla, iki komanda mübarizə aparır.

Qeyd edək ki, G.Məmmədzadə tanınmış şahmatçılardan biri Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Xəbər 344 dəfə oxundu.