Slovakiya-Azərbaycan oyununda qalib müəyyənləşməyib
Aprelin 8-də futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Millimiz Levice şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizn heyətində Everton Cardoso fərqlənib.

Xallarının sayını 13-ə yüksəldən millimizin qrupu ilk pilədə başa vuracağı qətiləşib.

Seçmə mərhələnin son oyununda millimiz aprelin 14-də Bakı İdman Sarayında Yunanıstan yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən tur Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Xəbər 385 dəfə oxundu.