Taekvondoçumuz Minaya Əkbərova Avropa çempionatında bürünc medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında taekvondo üzrə Avropa çempionatı davam edir.

Yarışın birinci günündə mübarizəyə qoşulan taekvondoçumuz Minaya Əkbərova (46 kq) səkkizdəbir finalda Özlem Gürüz (Almaniya), dörddəbir finalda isə bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə rusiyalı Larisa Medvedevaya məğlub olan təmsilçimiz bürünc medalla kifayətlənib.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur.

Yarışa aprelin 11-də yekun vurulacaq.

Xəbər 398 dəfə oxundu.