Futbol üzrə “Avro-2020 Könüllü Kuboku” yarışı təşkil olunacaq
AFFA-nın təşkilatçılığı ilə “Avro-2020” Könüllülər Proqramı” çərçivəsində Azərbaycan könüllü təşkilatları arasında futbol üzrə “Avro-2020 Könüllü Kuboku” yarışı təşkil olunacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, aprelin 8-dən 12-dək turnirin qeydiyyat və püşkatma prosesi keçiriləcək. Turnirin aprelin 15-də start götürməsi planlaşdırılır.

Turnirin tərəfdaşları Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.

Xəbər 375 dəfə oxundu.