“Qaziantep”in iki futbolçusu koronavirusa yoluxub
Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Oyunçulardan əlavə klubun iki işçisinin də testi müsbət çıxıb.

Adları açıqlanmayan şəxslər karantinə alınıb.

Qeyd edək ki, “Qaziantep” Super Liqanın XXXII turunda “Başakşehir”i qəbul etməlidir. Aprelin 8-də keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 477 dəfə oxundu.