Şahmatçımız Günay Məmmədzadə “Julius Baer Challengers Chess Tour” turnirində mübarizəyə başlayır
Bu gün dünyanın gənc və istedadlı şahmatçılarının iştirakı ilə “Julius Baer Challengers Chess Tour” turniri start götürəcək.

Azərbaycan təmsilçisi Günay Məmmədzadənin də qatılacağı yarışda, iki komanda olmaqla, ümumilikdə 20 şahmatçı iştirak edəcək. Günay Məmmədzadə tanınmış şahmatçılardan biri Yudit Polqarın kapitanı olacağı komandada yer alıb. Digər komandaya isə 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edəcək.

Turnirin birinci günü 5 turun oyunları keçiriləcək.

Xəbər 371 dəfə oxundu.