Çempionlar Liqasının final mərhələsinə Xorvatiyanın Zadar şəhəri ev sahibliyi edəcək
Futzal üzrə UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsinin keçiriləcəyi məkanı dəyişib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, oyunlar aprelin 28-dən martın 3-dək Xorvatiyanın Zadar şəhərindəki “Kreşimir Koşiç Arena”da keçiriləcək.

Həlledici mərhələnin əvvəlcə Belarusun paytaxtı Minskdə, daha sonra Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacağı gözlənilirdi. Amma COVID-19-la əlaqədar epidemioloji vəziyyəti dəyərləndirən UEFA məkanlarda dəyişiklik edib.

Xəbər 383 dəfə oxundu.