Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start verilir
Aprelin 8-də futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start veriləcək.

Bu mərhələdə keçiriləcək 4 qarşılaşmanın hamısı eyni vaxtda – Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin favoritlərindən sayılan İngiltərənin “Mançester Yunayted” komandası İspaniyada “Qranada”nın qonağı olacaq. İngiltərənin digər təmsilçisi “Arsenal” Londonda Çexiyanın “Slaviya Praqa” komandası ilə üz-üzə gələcək.

Günün maraqla gözlənilən qarşılaşması Niderlandda gerçəkləşəcək. “Ayaks” İtaliyanın “Roma” komandasını sınağa çəkəcək. İspaniyanın “Vilyarreal” klubu isə Xorvatiyada “Dinamo Zaqreb”in müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.

Xəbər 367 dəfə oxundu.