Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsində mübarizə aparıblar
Şahmatçılarımızın da qatıldıqları “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsi keçirilib.

11 turdan ibarət olan turnirdə Azərbaycan şahmatçıları Vüqar Rəsulov 8 xal, Murad İbrahimli 7,5 xal, Vasif Durarbəyli, Kamal Ağakişiyev və Azər Mirzəyev isə 7 xal toplayıblar.

Turnirin qalibi 11 turdan 10 xal əldə edən FIDE təmsilçisi Alireza Firuzca olub. Ondan yarım xal geridə qalan amerikalı şahmatçı Hikaru Nakamura və Hindistan təmsilçisi Srinatx Narayanan ikinci və üçüncü yerləri tutublar. Yarışda 800 şahmatçı iştirak edib.

Xəbər 364 dəfə oxundu.