“Mançester Siti” yarımmüdafiəçisi Kevin De Bruyne ilə yeni müqavilə imzalayıb
“Mançester Siti” yarımmüdafiəçisi Kevin De Bruyne ilə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytında məlumat verilib. İyirmi doqquz yaşlı belçikalı hücumçu yeni müqaviləyə əsasən 2025-ci ilin yayınadək klubda oynayacaq. Razılaşmanın maliyyə təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildə "Volfsburq"dan "Mançester Siti"yə keçib. Belçikalı futbolçu komandanın heyətində indiyədək keçirdiyi 255 oyunda 65 qol vurub, 105 məhsuldar ötürmə edib.

Xəbər 406 dəfə oxundu.