Bədii gimnastlarımız Özbəkistanda güclərini sınayacaqlar
Aprelin 16-18-də Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Turnirdə ölkəmizi fərdi yarışlarda Arzu Cəlilova və Nərminə Səmədova təmsil edəcəklər.

Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan öncəki dünya kuboku yarışlarında Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız iki medala sahib olub.

Xəbər 439 dəfə oxundu.